Əli Əsədov Tehranda - Anım mərasimində iştirak etdi
Mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Ulusum.az-a verilən xəbərə görə, Baş nazir Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezidentin vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək ona Azərbaycan Respublikasının Prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verdi.
Bildirildi ki, böyük dövlət xadimi, görkəmli siyasətçi Seyid İbrahim Rəisi bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmətə həsr etmişdir.
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Şouya deyil, ədalətə ehtiyac var
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
