Rusiya sərhədlərində yeni şəbəkə yaradır
Şimali Atlantika Alyansı Rusiya sərhədləri boyunca kiberlaboratoriyalar şəbəkəsi yaradır.
Ulusum.az xəbər verir ki, bu fikirləri “RIA Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq informasiya təhlükəsizliyi departamentinin direktoru Artur Lyukmanov deyib.
Onun sözlərinə görə, bu laboratoriyalar Estoniya, Latviya, Finlandiya, Rumıniyada yaradılıb və bu siyahıya Gürcüstan və Moldova da əlavə edilə bilər.
“Pentaqonun himayəsi altında sistematik əsasda kiber təlimlər keçirilir və bu təlimlər zamanı rəqəmsal sahədə bizimlə qarşıdurma ssenariləri sınaqdan keçirilir”, - Lyukmanov qeyd edib.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
