Deputatlarımız Ersin Tatarın qəbulunda - FOTO
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan, Türkiyə-Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti-Türkiyə parlamentlərarası işçi qruplarının rəhbərlərini və üzvlərini qəbul edib.
Ulusum.az xəbər verir ki, Prezident Ersin Tatar çıxışında üç parlamentin dostluq qruplarının Şimali Kipr Türk Cümhuriyyətində bir araya gəlməsini tarixi hadisə adlandıraraq işçi qrupların üzvləri ilə görüşdən məmnunluq duyduğunu, ölkəsinin mübarizəsində “Tək millət, üç dövlət” arzusu ilə yaşadıqlarını vurğulayıb. Şimali Kipr türklərinin çətin anlarında Türkiyənin 1960-cı ildə əldə edilmiş razılaşmada yer alan qarantiya hüququndan istifadə edərək hadisələrə müdaxilə etdiyini xatırladan Prezident Ersin Tatar hazırda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət olduğunu vurğulayıb. Şimali Kipr xalqının apardığı mübarizəni Türkiyənin, Azərbaycanın və bütün Türk dünyasının haqlı mübarizəsi adlandıran Prezident parlamentləarası dostluq qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şimali Kipr türklərinin yaşadıqları hadisələri sovet dönəmində Azərbaycanın da yaşadığını xatırladaraq o zamanlar Türkiyənin ölkəmizə dəstək olduğunu və qələbəni birlikdə əldə etdiklərini bildirib, hər bir azərbaycanlının Şimali Kipr türklərinin yanında olduğunu vurğulayıb.


Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
