Keçmiş nazir AXTARILIR
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Estoniya Xarici İşlər Nazirliyi və polisin keçmiş rəhbərlərini axtarışa verib.
Ulusum.az yerli mediaya istinadən xəbər verir ki, 2022-2023-cü illərdə Baltikyanı ölkələrin xarici işlər naziri vəzifəsində çalışmış Urmas Reinsalunun, eləcə də Estoniya Polis və Sərhəd Mühafizəsi Departamentinin keçmiş baş direktoru Elmar Vaherin adları nazirliyin axtarış məlumat bazasına daxil edilib.
Reinsalu və Vaherin axtarışının Rusiya Federasiyası Cinayət Məcəlləsinin hansı maddələri ilə aparıldığı hələlik məlum deyil. Bununla belə, hüquq-mühafizə orqanlarının məlumatına görə, sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsi ilə bağlı cinayət işləri çərçivəsində Estoniya, Latviya, Litva və Polşadan olan bütün hazırkı və keçmiş məmurlar axtarışdadır.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
