Rəisinin helikopteri niyə qəzaya uğrayıb?
İran ordusu ölkə rəhbərliyinin həlak olduğu helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb.
Ulusum.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Rəisiyə məxsus helikopter əvvəlcədən planlaşdırılan marşrut üzrə uçuşunu davam etdirib və təyin olunmuş uçuş yolundan kənara çıxmayıb. Dispetçerlərlə ekipaj arasında gedən söhbətlərdə şübhəli heç nə müşahidə olunmayıb.
Bildirilib ki, helikopterin gövdəsində xarici təsirin izləri aşkar edilməyib.
Açıqlamada deyilir ki, qəzaya uğrayan helikopterin pilotu digər iki helikopterin pilotları ilə əlaqə saxlaya bilib.
Helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib və qəza yerini İrana məxsus PUA aşkarlayıb.
O da qeyd olunub ki, hadisə ilə bağlı bəzi faktlar hələ də təsdiqlənməyib.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar olublar.
Prezident və xarici işlər nazirilə yanaşı, helikopterdə olan Şərqi Azərbaycan valisi Malek Rahmati, Təbriz şəhərinin cümə namazı rəhbəri Seyid Məhəmməd Əli Haşimi və prezidentin mühafizə dəstəsinin üzvü Mehdi Musəvi də ölüblər. Ümumilikdə, 8 nəfər həlak olub.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
