Əli Zülfüqaroğlu: "Bu, qeyri-peşəkar yanaşma olar"
Bazar günü İranın şimal - qərbində Prezident İbrahim Rəisinin həlak olması ilə nəticələnən dəhşətli helikopter qəzası baş verdi.
İran mediasının yaydığı xəbərə görə, helikopterin qalıqları hadisədən təxminən 12 saat sonra tapıldı və İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan İranın xarici işlər naziri və digər yeddi nəfər həlak oldu.
Bütün dünya gündəmində olan bu hadisə ilə bağlı bir çox fərziyələr ortaya qoydu. Kimisi, təyyarənin nasaz olduğunu, kimisi isə onun qəsdən törədildiyinə dair eyhamlar vurdu.
Qeyd edək ki, bəzi xarici Kütləvi İnformasiya Vasitələri hətta bu hadisənin bir ay əvvəldən planlaşdırıldığını irəli sürdü.
Ulusum.az mövzunu politoloq Əli Zülfüqaroğlu ilə aydınlaşdırıb. O bildirib ki, qəzanın bu cür ajiotaja səbəb olması və müxtəlif versiyaların meydana gəlməsi gözlənilən idi:
"İran dünya üzrə xüsusi bir mövqeyə malik böyük dövlətdir, müxtəlif bölgələrdə İranla qarşıdurma vəziyyətində olan ölkələrin sayı kifayət qədərdir və bu dövlətin prezidentinin, ümumiyyətlə, bir dövlət başçısının qəzaya düşməsi və həyatını itirməsindən söhbət gedir. Şübhəsiz, fərziyələr qaçılmaz idi və bu, baş verdi. Amma bunun birmənalı olaraq sui-qəsd kimi qələmə verilməsi və bunun üzərində dayanması, hesab edirəm ki, qeyri-peşəkar yanaşma olar".
Politoloq hesab edir ki, hadisə yeni baş verib. Bununla bağlı hələ ciddi araşdırmalar aparıldıqdan sonra dəqiq nəticəyə gəlmək olar.
"Hazırda bununla bağlı əsaslı sübutlar yoxdur. Bəzi ekspertlər düşünürlər ki, Rəisinin helikopterinin qəzaya düşməsinin arxasında qəza elementinin faizi azdır. Amma bu, təbii ki, konkret olaraq sübutlara dayanmadığı üçün bu, reallıqdan uzaq, versiya olaraq qalır".
Rəisinin ölümünə səbəb olan qəzanın məyusedici olay olduğunu bildirən Əli Zülfüqaroğlu son zamanlar ölkəmizlə İran arasında pozitiv meyillərin müşahidə olunduğunu vurğulayıb.
"İki dövlət arasında yumşalmalar əlaqələrin inkişafı istiqamətində çox ciddi addımlar var idi və İbrahim Rəisi də Azərbaycanla bağlı yumşalma mövqeyində iştirak edən siyasətçilərdən biri idi. Buna görə də qonşu dövlətdə baş verən arzuolunmaz hadisə Azərbaycan tərəfindən çox məyusluqla qarşılandı".
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən dövlət məmurlarının həlak olması ilə nəticələnən qəza ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev İranın ölkəmizdəki səfirliyinə gedərək başsağlığı verib. Azərbaycan nümayəndə heyəti də vida mərasimində iştirak etdi.
Politoloq Əli Zülfüqaroğlu hesab edir ki, Azərbaycanla İran arasındakı münasibətlər bundan sonra da müsbət istiqamətdə inkişaf edəcək.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
2026 — Qürur, Birlik və Zəfər İli
Hava haqqında xəbərdarlıq
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN