General-mayorun işinə xitam verildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsində kadr dəyişikliyi baş tutub.
Ulusum.az Qaynainfo-ya istinadən bildirir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Baş İdarənin rəis müavini general-mayor Elmar Hüseynov vəzifəsindən azad edilib və təqaüdə göndərilib.
Qeyd edək ki, 2013-cü ilin dekabr ayında general-mayor rütbəsi alan Elmar Ramiz oğlu Hüseynov uzun illər Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanının birinci müavini vəzifəsində çalışıb.
Elmar Hüseynov keçmiş hərbi komissar, Milli Məclisin sabiq deputatı Əliağa Hüseynovun qardaşı oğludur. O, həmçinin müdafiə nazirinin keçmiş müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, mərhum Rail Rzayevin kürəkənidir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Populyar Xəbərlər