Bəzi rayonlarda şimşək çaxdı, qar yağdı
Mayın 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ulusum.az-a verilən xəbərə görə Xidmətin mayın 19-u saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.
Düşən yağıntının miqdarı Neftçalada 33 mm, Astara, Qobustanda 10 mm, Qaxda 6 mm, Qəbələdə 4 mm, Zaqatala, Şamaxı, Qrız, Şahdağda 3 mm, Cəfərxan, Balakən, Şəki, Qubada 2 mm, Astara, Göyçay, Kürdəmir, Biləsuvar, Lənkəran, Oğuzda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da və Aran rayonlarında 12 dərəcəyədək, dağlıq rayonlarda 3-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
