Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Mayın 13-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Ulusum.az-a verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Məlumata əsasən, düşən yağıntının miqdarı Qrızda 39 mm, Qax, Qusarda 27 mm, Qubada 26 mm, Göygöldə 24 mm, Şəkidə 19 mm, Gədəbəydə 16 mm, İsmayıllıda 15 mm, Xaltanda 14 mm, Daşkəsəndə 11 mm, Naftalan, Oğuz, Tərtər, Göyçay, Goranboy, Mingəçevir, Gəncə, Ağdam, Bərdə, Yevlax, Zaqatala, Şabran, Qəbələ, Qobustan, Şahbuz, Altıağac, Şamaxı, Ağsu, Naxçıvan, Şəmkir, Tovuz, Balakən, Şahdağ, Kürdəmirdə 10 mm-dək olub.
Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti davam edir. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 12-17, Aran rayonlarında 15-17, dağlıq rayonlarda 3-9 dərəcə isti olub.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
