Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunanların siyahısı GENİŞLƏNDİRİLDİ
Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib.
ULUSUM.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
Siyahıdan ləğv edilən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisləri, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəisinin müavini və departament rəisləri çıxarılıb, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri, Xidmətin Milli Qvardiyası komandanının birinci müavini daxil edilib.
Eyni zamanda siyahıya Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri də daxil edilib.
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin vəzifəli şəxsləri çıxarılıb, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti üzrə aşağıdakı vəzifəli şəxslər daxil edilib:
- idarə rəislərinin müavinləri;
- müstəqil şöbələrin rəisləri;
- Milli Qvardiya komandanının müavinləri.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üzrə isə siyahıya aşağıdakılar daxil olunub:
- baş idarə rəislərinin müavinləri;
- idarə rəisləri və onların müavinləri;
- müstəqil şöbələrin rəisləri.
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi üzrə aşağıdakı şəxslər siyahıda yer alıb:
- idarə rəislərinin müavinləri;
- müstəqil şöbələrin rəisləri.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
