Azərbaycan Milli Konservatoriyasında görüş KEÇİRİLDİ - FOTO Eksklüziv

Bu gün Azərbaycan Milli Konservatoriyasında görüş keçirildi.
Ulusum.az-ın özəl məlumatına əsasən, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi ilə keçirilən görüşdə hər iki türk xalqı arasında incəsənətin bir-birinə inteqrasiyası, tarixi Kərkük musiqilərinin musiqiçilərimizin ifasında geniş yer tutmasının ilk türk xalqı üçün vacibliyindən söz açılıb.
Həmçinin mayın 20-də baş tutacaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Konservatoriyası və Kərkük Kültür Dərnəyi arasında keçiriləcək konfrans və konsertin detalları danışıldı.
Sonda Dərnəyin başkanı yazıçı-jurnalist Şəmsəddin Küzəçi konservatoriyanın rektoruna "Azərbaycan sevdalısı" adlı Azərbaycan-Türkmən mədəni əlaqələrinin inkişafındakı xidmətlərinin əks olunduğu kitabını və Türkmən-Azərbaycan əlaqələrindən bəhs edən məqalələr toplusunu bağışlayıb.
Görüşdə iştirak edən tanınmış musiqişünas-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova konfransın işinə uğurlar arzulayıb.
Lalə Hüseynova görüş çərçivəsində müəllifi olduğu "Türk xalqlarının musiqisi" adlı kitabını hədiyyə edib.
Qeyd edək ki, Kərkük Kültür Dərnəyinin Azərbaycan üzrə rəsmi təmsilçisi Azərbaycan Media İnkişaf Mərkəzinin rəhbəri, AYB-nin üzvü, fəxri Prezident təqaüdçüsü, yazıçı-publisist Rübabə Sahibdir.






Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!