Putinin yeni köməkçiləri - SİYAHI
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi vəzifəsinə Nikolay Patruşevlə yanaşı Aleksey Dyumin və Ruslan Edelqeriyev də təyin olunub.
Ulusum.az xəbər verir ki, 52 yaşlı Aleksey Dyumin 1996-2013-cü illərdə Rusiya Federal Mühafizə Xidmətində vəzifəli olub, ölkə daxilinə və xaricinə səfərlərdə prezidenti müşayiət edib. Daha sonra Rusiya Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinə komandanlıq edib, 2015-ci ildə Rusiya Quru Qoşunları baş komandanının birinci müavini təyin edilib. 2016-cı ildən Tula vilayətinə rəhbərlik edib.
49 yaşlı Ruslan Edelqeriev əvvəllər Putinin müşaviri olub. Son 6 ildə o, həm də Prezidentin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb. 2012-2018-ci illərdə Çeçenistanın baş naziri olub.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Populyar Xəbərlər
