1250 müəllim Beynəlxalq Təhsil Forumunda - FOTO - EKSKLÜZİV

1250 müəllim Beynəlxalq Forumda bir araya gəlib.
Ulusum.az xəbər verir ki, "Təhsil Forumu" Sosial Platformasının yaranmasının 5 illik yubileyi münasibətilə Beynəlxalq Təhsil Forumu keçirilib.
1250 müəllimin iştirak etdiyi möhtəşəm Forumda "Dünyanın ən təhsilli ölkələri" reytinqində birinci yerdə olan Sinqapur, ikinci yerdə qərarlaşan Finlandiya, həmçinin Çin və Türkiyə kimi dövlətlərin təhsil ekspertlərinin çıxışları olub.
"Təhsil Forumu" Sosial Platformasının təsisçisi və rəhbəri Emil Tağızadənin Ulusum-a özəl verdiyi açıqlamaya əsasən, Finlandiya üzrə spiker Kaisa Hahl, Sinqapur üzrə spiker Eugene Seah, Çin üzrə spiker Fangzheng Zhu, Türkiyə üzrə spiker İbrahim Evirgen və Azərbaycan üzrə spiker Böyükağa Mikayıllı təhsil sahəsidə bir çox aktual mövzularla bağlı müəllimləri maarifləndiriblər.
Forumda çıxış edənlər direktor və direktor müavinləri üçün "Məktəb işinin təşkili və idarə olunması", bütün fənn müəllimləri üçün "Müəllim-şagird münasibətlərinin qurulması", psixoloqlar üçün "Şagirdlərə psixoloji yanaşma", sinif rəhbərləri üçün "Sinfin idarə olunması və disiplinin qorunması", bağça müəllimləri üçün "Məktəbəqədər təhsil sisteminin qurulması" mövzuları üzrə öz ölkələrinin metodlarını təqdim ediblər.
Spikerlərlə yanaşı, ölkənin bir çox nüfuzlu ziyalıları da forumda çıxışlar edərək müəllimlərə forumun işində uğurlar arzulayıb, "Təhsil Forumu"nun yubileyi münasibəti ilə təbriklərini səsləndiriblər.
Forumun qeyri-rəsmi hissəsində musiqi və rəqs nümunələri təqdim olunub. Respublikanın əməkdar artisti Firuzə İbadovanın Foruma qatılması tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Qeyd edək ki, "Təhsil Forumu" Sosial Platforması təhsilverənlərin maarifləndirilməsi və öz ixtisasları üzrə biliklərinin artırılması ilə məşğul olan qabaqcıl platformadır.
Aymirə Ağamirova












Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO