Bu gün, 13:07 0 Cəmiyyət

Şəmkirdə diş həkimi 13 yaşlı qızla nişanlanıb

Şəmkirdə diş həkimi 13 yaşlı qızla nişanlanıb
Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkimi M.Cəbrayılov (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub.

Ulusum.az
Teleqraf-ın əldə etdiyi məlumata əsasən onların nişan mərasimi Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən “Qala” restoranında hər iki ailənin iştirakı ilə baş tutub.

Daxil olmuş məlumatla əlaqədar azyaşlının valideyni və M.Cəbrayılov Şəmkir RPŞ-nə barələrində araşdırma aparılması məqsədilə dəvət edilib. 32 yaşlı diş həkiminin inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün rayon məhkəməsinə göndərilib.

Şəmkirdə 13 yaşlı qızla nişanlanan 32 yaşlı diş həkimi M.Cəbrayılov inzibati məsuliyyətə cəlb olunub. Nişan mərasimi hər iki ailənin iştirakı ilə keçirilib. Polis araşdırmasından sonra iş məhkəməyə göndərilib. Məhkəmə onun əməlini etiraf etməsini və şikayətin olmamasını nəzərə alaraq 1000 manat cərimə qərarı çıxarıb.

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.