Demədi Demə - Palma yağı elə də ziyanlı deyilmiş
Danimarkanın Orhus Universiteti nəzdində fəaliyyət göstərən VIA Kollecinin diyetoloqu Sandra Vigelene bildirib ki, palma yağı digər bitki yağlarından daha zərərli deyil, əgər onu mülayim və balanslı şəkildə qəbul edirsinizsə.
Mütəxəssis qeyd edib ki, palma yağının iki növü var:
🔸 Nerafinə (qırmızı) palma yağı — təzə meyvələrdən əldə olunur, antioksidantlar, karotinoidlər və E vitamini baxımından zəngindir, rəngi qırmızımtıldır və ürək-damar, eləcə də immun sisteminə müsbət təsir göstərə bilər.
🔸 Rafinə olunmuş, yəni ağardılmış və qoxusuz palma yağı (RBD) isə daha çox sənayedə istifadə olunur. Bu növ yağ istiyə davamlı, neytral dadlı olur, lakin tərkibində faydalı maddələr azdır.
Palma yağı əsasən doymuş yağ turşuları, xüsusən palmitin turşusu ilə zəngindir. Bəzi tədqiqatlar onun “pis” LDL xolesterin səviyyəsini artıra biləcəyini göstərsə də, Vigelenenin sözlərinə görə, bu yağın unikal tərkibi onun ürəyə olan mənfi təsirini digər yağlarla müqayisədə daha zəif edə bilər.
Bununla belə, palma yağının trigliserid səviyyəsinə təsiri bəzi tədqiqatlarda daha aydın görünür.
📌 Trigliseridlər – bədənin enerji ehtiyatı olan yağlardır. Lakin artıq miqdarda olduqda piylənmə, ürək-damar xəstəlikləri və digər problemlərə səbəb ola bilər.
Diyetoloq vurğulayıb ki:
“Əsas məsələ palma yağı deyil, ümumi qidalanma balansıdır. Həddindən artıq doymuş yağlar qəbul edilərsə, zərər mənbəyi hansı yağ olmasından asılı olmayaraq qalacaq.”
O, həmçinin xatırladıb ki, doymuş yağlar ət məhsulları, süd, pendir, kərə yağı və şirniyyatlarda da bol miqdardadır.
Əgər qidalanmanız balanslıdır və həyat tərziniz aktiv və sağlamdırsa, palma yağının tərkibli məhsulları vaxtaşırı və mülayim miqdarda qəbul etmək sağlamlıq üçün təhlükə yaratmır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Bu gün, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Bu gün, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO
Yardımlı rayonunda həkim vəfat edib