Bu gün, 13:00 0 Cəmiyyət / Gündəm

Bakı və ətrafında dəmir yolu şəbəkəsi genişlənir VİDEO

Bakı və ətrafında dəmir yolu şəbəkəsi genişlənir    VİDEO
Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişlənir.

Azərbaycan Dəmir Yollarının Mətbuat Xidməti Ulusum.az-a xəbər verir ki, 2030-cu ilə qədər əlavə 25 stansiya və dayanacaq istifadəyə veriləcək.

Dövlət Proqramı çərçivəsində xətlər bərpa olunacaq və yeni stansiyalar tikiləcək:

Yeni Suraxanı – Hövsan (4 stansiya)
Bakıxanov – Binə – Qala (7 stansiya)
Zabrat – Maştağa – Bağlar (7 stansiya)
Hazırda Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir. Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır. Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq.



Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.