Bu gün, 18:20 0 Cəmiyyət / Gündəm

“Azərişıq”: Qısa zamanda cənub rayonlarında elektrik enerjisi bərpa ediləcək

“Azərişıq”: Qısa zamanda cənub rayonlarında elektrik enerjisi bərpa ediləcək
“Azərişıq” ASC Azərbaycanın cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir.

Ulusum.az
xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində yağan aramsız qar cənub regionunda – Masallı, Cəlilabad, Lerik, Yardımlı və Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub: “Bəzi meşəlik dağ kəndlərində ağaclar qırılaraq xətlərin üzərinə aşıb, nəticədə qəzalar baş verib. Qar bağlayan bir çox yollarda nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də “Azərişıq” əməkdaşlarına əlavə problem yaradır”.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.