Qarlı hava ucqar kənd məktəblərində davamiyyətə təsir edib
Son günlər ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti səbəbindən ucqar dağlıq kəndlərdə yerləşən bəzi məktəblərdə şagirdlərin davamiyyətində qısamüddətli fasilələr yaranıb.
Ulusum.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması və nəqliyyatın çətinləşməsi səbəbindən şagirdlərin və müəllimlərin təhlükəsizliyi prioritet hesab olunur. Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda məktəbdə davamiyyətin müvəqqəti azalması anlayışla qarşılanır.
Agentlik qeyd edib ki, dərslərin dayandırılması ilə bağlı hər hansı qərar yoxdur və tədris prosesi ölkə üzrə normal qaydada davam edir. Davamiyyətdə fasilə yaranan məktəblərdə isə buraxılmış dərslər dərs cədvəlinə uyğun şəkildə kompensasiya ediləcək.
Eyni zamanda bildirilib ki, əlverişsiz hava şəraitində təhsil müəssisələrinin istiliklə təminatı nəzarətdə saxlanılır. Bu məqsədlə aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb.
Hazırda ölkə üzrə məktəblər mərkəzləşdirilmiş qaydada və alternativ vasitələrlə (odun, dizel, elektrik radiatorları) normal şəkildə isidilir.
R.Daşdəmirova

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA