Bu gün, 20:12 0 Cəmiyyət / Gündəm

Bayram günlərində hava ilə bağlı avtomobillərə dəyən ziyan 1 mln. manatı ötüb

Bayram günlərində hava ilə bağlı avtomobillərə dəyən ziyan 1 mln. manatı ötüb
Bayram günlərində Azərbaycanda 2 156 sığorta hadisəsi qeydə alınıb

31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixlərini əhatə edən bayram günlərində Azərbaycanda sığorta hadisələrinin sayı kəskin artıb.

Ulusum.az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu dövrdə ölkə üzrə 9 qeyri-həyat sığortası şirkətinə ümumilikdə 2 156 müraciət daxil olub.

Müraciətlərin böyük əksəriyyəti avtomobil sığortası ilə bağlı olub. Belə ki, 1 876 hadisə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, 260 müraciət isə “Kasko” sığortası üzrə qeydə alınıb. Bundan başqa, 15 hadisə daşınmaz əmlakın icbari sığortası, 5 müraciət isə əmlakın yanğından və digər risklərdən sığortası ilə əlaqəli olub.

Assosiasiyanın açıqlamasına əsasən, artıq 1 237 hadisə üzrə ilkin zərər məbləği hesablanıb və bu rəqəm 1 milyon 243 min 223 manat təşkil edir. Digər 919 hadisə üzrə isə qiymətləndirmə prosesi davam edir.

Hazırda daxil olan bütün müraciətlər üzrə zərərin tənzimlənməsi mərhələsi aparılır. Sığorta hadisəsi kimi tanınan hallara uyğun olaraq ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur. İlkin proqnozlara görə, qiymətləndirmə başa çatdıqdan sonra ümumi zərərin 2 milyon manatı ötəcəyi gözlənilir.

Məlumatda həmçinin qeyd olunur ki, müraciətlərin 70 faizi Bakı şəhərinin, 30 faizi isə ölkənin şimal dağətəyi bölgələrinin payına düşür.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.