Bu gün, 10:00 0 Cəmiyyət / Gündəm

Laçın təbiətinin qış gözəlliyi: Dağ yamaclarında yem axtaran cüyürlər FOTO

Laçın təbiətinin qış gözəlliyi: Dağ yamaclarında yem axtaran cüyürlər FOTO
Əsrarəngiz təbiəti ilə göz oxşayan Laçının qış mövsümündə daha bir maraqlı görüntü müşahidə edilib. Ağ örpəyə bürünən dağların yamacında görünən cüyürlər diqqəti cəlb edib.

Ulusum.az AZƏRTAC-ın bölgə müxbirinin xəbərinə istinadən xəbər verir ki, maraqlı görüntülər Laçın rayonunun Mişni kəndi ərazisində qeydə alınıb. Yamac boyunca hərəkət edən və qış mövsümündə yem axtarışında olan cüyürlərin hərəkəti maraqlı anlara səbəb olub.

Qeyd edək ki, gözəl təbiəti olan Laçın zəngin flora və faunaya malikdir. Laçın təbiətində qonur ayı, canavar, tülkü, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür, qaban, İran sincabı, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.

Laçın təbiətinin qış gözəlliyi: Dağ yamaclarında yem axtaran cüyürlər FOTO




R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.