Ölkədə sənaye istehsalı 1 faiz azalıb
Qeyri-neft sənayesində 5,5 faiz artım qeydə alınıb.
Ötən il ölkədə sənaye məhsulu istehsalının həcmi açıqlanıb.
2025-ci ildə sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 63,1 milyard manatlıq sənaye məhsulu istehsal olunub.
Bu göstərici 2024-cü illə müqayisədə 1 faiz azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda istehsal 2 faiz azalıb.
Qeyri-neft-qaz sektorunda isə 5,5 faiz artım qeydə alınıb.
Sənaye məhsulunun əsas hissəsi mədənçıxarma və emal sektorlarının payına düşüb.
Ulusum.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Mədənçıxarma sektorunda neft hasilatı azalsa da, qaz hasilatı artıb.
Emal sənayesində əczaçılıq, toxuculuq və qida məhsullarının istehsalı yüksəlib.
Bəzi sahələrdə, o cümlədən avtomobil və metallurgiya sənayesində isə azalma müşahidə olunub.
Enerji və su təchizatı sektorlarında istehsal həcmi artıb.
R Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox