Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 1,4 faiz artıb
Qeyri-neft sektoru üzrə artım 2,7 faiz təşkil edib
Ötən il Azərbaycan iqtisadiyyatında mülayim artım qeydə alınıb. 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 1,4 faiz çoxdur.
Ulusum.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,7 faiz artım qeydə alınıb.
ÜDM istehsalının 33 faizi sənayenin, 11,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatının, 6,5 faizi tikintinin, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşüb.
Bundan başqa, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiya və rabitə sahələri 2,1 faiz, digər sahələr isə 21,7 faiz təşkil edib. Məhsula və idxala xalis vergilərin payı ÜDM-in 9,6 faizi olub.
Məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 12 602,2 manata bərabər olub.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox