Bu gün, 17:30 0 Cəmiyyət / Gündəm

Paytaxtda evlərdən oğurluq edən şəxs SAXLANILDI

Paytaxtda evlərdən oğurluq edən şəxs SAXLANILDI
Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Ulusum.az
xəbər verir ki, bu brədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb. Ondan, həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

R.Daşdəmirova

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.