Ev sahibini hədələyib pulunu aldılar
Şəmkirdə ev sahibi hədələnərək qarət edilib – Şübhəlilər saxlanıldı
Noyabrın 18-i gecə saatlarında Şəmkir rayonunda film səhnələrini xatırladan quldurluq hadisəsi baş verib. İki naməlum şəxs yaşayış evinə daxil olaraq ev sahibini kəsici alətlə hədələyib. Hadisə zamanı onlar evdən müəyyən məbləğdə pul və evin açarlarını ələ keçiriblər.
Hadisə barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Qısa müddət ərzində cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunub.
Aparılan tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Elay İsgəndərov və 2007-ci il təvəllüdlü Cəsur Qarayev saxlanılaraq istintaqa təhvil verilib. Onlar barəsində Cinayət Məcəlləsinin “quldurluq” maddəsi üzrə başlanmış cinayət işi çərçivəsində istintaq aparılır.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 10:00
Blinçik Resepti
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir