İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən Fatihdə yerləşən bir oteldə qalan Böcek ailəsinin zəhərlənmə şübhəsi ilə həyatını itirən Böcek Ailəsi ilə bağlı yeni məlumatlar ortaya çıxdı.
Taksi sürücüsü, kiçik qızın yolboyu qan qusdığını deyərkən, istintaq oteldəki ilaçlamaya yönəlib.
Tətildə idilər, dəhşətli sonla qarşılaşdılar
İstanbulun Fatih rayonunda baş verən və ictimaiyyətdə böyük rezonans doğuran Böcek Ailəsi faciəsi yeni ifadələrlə daha da dəhşətli hal alıb. Almaniyadan tətildə istirahət üçün İstanbula gələn ailə, qaldıqları oteldə yaşadıqları səhhət problemlərindən sonra bir-bir həyatını itirdi. Taksicinin dedikləri və hadisə günü ilə bağlı açıqlamalar faciənin miqyasını göz önünə sərir.
9 noyabrda İstanbula gələn ailə, Fatihdəki Harbour Suites Old City adlı oteldə yerləşib. Lakin istirahətləri qısa zamanda kabusa çevrilib. Ana Çiğdem Böcek və övladları Masal ilə Kadir Muhammet 12 noyabrda ürəkbulanma və şiddətli qusmaya görə xəstəxanaya aparılıb. İlk tibbi müdaxilələrə baxmayaraq ana və iki uşağı xilas etmək mümkün olmayıb.
Ata Servet Böcek isə bir neçə gün davam edən müalicədən sonra Taksim Tədris və Araşdırma Xəstəxanasında vəfat edib. Həmin oteldə qalan iki turist və bir nəfər müşahidə altında saxlanılır.
Taksicinin ifadəsi qan dondurdu
Ailəni xəstəxanaya aparan taksici Sercan Tanrıverdi, hadisənin nə qədər ani və ağır baş verdiyini ifadəsində açıqlayıb. O bildirib ki, həmin gün ana panik vəziyyətdə taksinin qarşısına qaçaraq:
“Nə olar, bizi xəstəxanaya çatdır!” – deyə yalvarıb. Taksi sürücüsü, kiçik qızın yolboyu qan qusduğunu deyərək belə danışıb:
“Torba verdim qusdular. Uşaq sözün əsl mənasında qan qusurdu. Hamısı bitkin görünürdü. Yolda gecə kumpir və midyə yediklərini dedilər.”
Bu ifadə ailənin sadəcə qida zəhərlənməsi deyil, daha ağır — kimyəvi maddə təsiri nəticəsində zəhərlənməsi ehtimalını gücləndirib.
Sürücünün ifadəsi, səhiyyə qruplarının ilkin araşdırması və otel otağından götürülən nümunələrlə birgə qiymətləndirilərək istintaqın istiqamətinə təsir edib.
Otel və digər obyektlərlə bağlı istintaq dərinləşir
- Ailənin İstanbulda olduqları müddətdə getdikləri restoranlar, büfetlər və küçə satıcıları tək-tək araşdırılıb, bir neçə sahibkar saxlanılıb.
İstintaq çərçivəsində:
Ortaköydə yemək yedikləri restoranın sahibi Ercan Erdoğan, səyyar midyəçi Yusuf Dalkılıç, ailənin lokum aldığı mağazanın sahibi Fatih Tektaş, bir büfet işlətdiyi deyilən Fahri Mustafa Orel tutularaq həbs ediliblər.
- Otel mühürlənib; döşək üzü, yorğan, su şüşəsi və yastıqlardan nümunələr götürülüb.
- Alüminium fosfit -(taxtabitisi kimi parazitlərə qarşı) şübhəsi ön plana çıxır.
İstintaqı aparan qruplar, hadisədən əvvəl oteldə aparılan taxtabiti ilaçlamasına fokuslanıb.
Otelin giriş qatında istifadə edilən alüminium fosfit maddəsinin, hamam havalandırması ilə ailənin otağına sızmış ola biləcəyi ehtimal edilir.
Alüminium fosfit, nəfəsə keçdiyi anda sürətlə zəhərlənmə yaradan, panzehiri olmayan, son dərəcə təhlükəli kimyəvi maddədir. Üstəlik, ilaçlamanı edən şəxsin sertifikatsız olduğu məlum olub.
Bu versiya, ailənin çox qısa müddətdə ağır simptomlar göstərməsi ilə üst-üstə düşür. Lakin dəqiq səbəb yalnız məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra müəyyən ediləcək.

Rəxşəndə Daşdəmirova / Hakan Dikmen
Ulusum.azhttps://globalbakis.com/haber/_bocek_ailesi_faciasinda_soke_eden_detay_taksici_o_anlari_anlatti-317739.html
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Portağallı Acı Şokoladlı Trüfellər
