Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU
Fatihdə 4 nəfərlik Böcek ailəsinin zəhərlənərək həyatını itirdiyi hadisə ilə bağlı Adli Tibb Qurumunun ilk hesabatı açıqlanıb. Adli Tibb hesabatında belə deyilir: “Böcek ailəsi oteldə kimyəvi maddədən zəhərlənmiş ola bilər.
Ailənin qida zəhərlənməsindən həyatını itirməsi daha aşağı ehtimaldır.” Tam hesabatın isə 28 noyabrda açıqlanacağı bildirilib.
Ulusum.az xəbər verir ki, bu xəbər türk KİV‑ində yayımlanıb
Adli Tibb Qurumunun ilkin hesabatına görə, Almaniyadan İstanbula gələn Böcek ailəsi oteldə kimyəvi maddədən zəhərlənmiş ola bilər.
Ailənin qida zəhərlənməsindən ölməsi ehtimalı isə daha aşağı qiymətləndirilib.
Ailənin qaldığı otel otağında havalandırma sistemi yox idi və alt mərtəbədəki otaq dərmanlanmışdı.
Almaniyadan gəldikləri İstanbulun Fatih rayonunda zəhərlənərək həyatını itirən Böcek ailəsinin ölümünə dair Adli Tibb Qurumunun ilk hesabatı yayımlanıb. Hesabatda belə deyilir:
“Böcek ailəsi oteldə kimyəvi maddədən zəhərlənmiş ola bilər. Ailənin qida zəhərlənməsindən həyatını itirməsi daha aşağı ehtimaldır.”
BÖCEK AİLƏSİ ZƏHƏRLƏNƏRƏK HƏYATINI İTİRDİ
Təxminən bir həftə əvvəl Almaniyadan istirahət üçün İstanbula gələn Servet və Çiğdem Böcek cütlüyü, həmçinin onların 6 yaşlı oğlu Kadir və 3 yaşlı qızı Masal həyatlarını itirdilər. Eyni oteldə qalan Ayoub Hamraoui, Reda Fakhri və Ayoub Hamraoui vəziyyətlərinin pisləşməsi səbəbilə xəstəxanaya aparıldı. Hadisə əvvəlcə qida zəhərlənməsi kimi qiymətləndirilmişdi, lakin otelin dərmanlandığının üzə çıxması ilə proses fərqli istiqamət aldı.
4 NƏFƏR HƏBS EDİLDİ
Böcek ailəsinin Ortaköydə yemək yediyi kafenin sahibi, midyə satıcısı, kokoreççi və lokum satıcısı ilə yanaşı, otel işçiləri və dərmanlama şirkətinin əməkdaşlarının da aralarında olduğu 11 şübhəli saxlanılıb.
Savcılıq ifadələrindən sonra kafe sahibi, midyə satıcısı, kokoreççi və lokum satıcısı növbətçi hakimlik tərəfindən həbs edilib.
ADLİ TİBB: KİMYƏVİ MADDƏDƏN ZƏHƏRLƏNMİŞ OLA BİLƏRLƏR
Adli Tibb Qurumundan hadisə ilə bağlı ilk hesabat açıqlanıb. Açıqlamada bildirilir ki, hadisənin gedişatı, tibbi məlumatlar, əldə olunan son faktlar və eyni oteldə qalan digər iki nəfərin də oxşar şikayətlərlə xəstəxanaya yerləşdirilməsi birlikdə qiymətləndirilərək belə nəticəyə gəlinib:
Əsas ehtimal qaldıqları oteldəki mühitdən qaynaqlanan kimyəvi maddə zəhərlənməsidir. Daha az ehtimal isə qəbul etdikləri qidalara bağlı qida zəhərlənməsidir.
MÜXTƏLİF QİDALAR TÜKƏTMIŞDİLƏR
Adli Tibb Qurumunun məlumatına görə:
– Ailə 9 noyabr 2025 bazar günü turistik məqsədlə İstanbula gəlib və Fatih rayonundakı Harbour Suites Old City Hoteldə qalıb.
– 10 və 11 noyabr tarixlərində midyə, pide, tantuni, kokoreç və lokum kimi müxtəlif qidalar yeyiblər.
– 12 noyabr səhərə yaxın ürəkbulanma və qusma şikayətləri başlayıb.
– Səhər saatlarında xəstəxanaya müraciət ediblər, ilkin müalicədən sonra otelə qayıdıblar.
– 13 noyabr gecə saat 03 radələrində otelə çağırılan təcili yardım vasitəsilə xəstəxanaya aparılıblar.
– Göstərilən tibbi müdaxilələrə baxmayaraq, uşaqlar dünyasını dəyişib.
OTAĞIN HAVALANDIRMA SİSTEMİ YOX İDİ
Raporda əlavə edilir ki:
– Ana Çiğdem Böcek daha sonra xəstəxanada vəfat edib.
– Ailənin qaldığı otel 11 noyabr 2025-ci il tarixində həşərat və böcəklər üçün dərmanlanıb.
– Olay Yeri Araşdırma qrupundan alınan məlumata görə, ailənin qaldığı 201 nömrəli otaq, dərmanlanan 101 nömrəli otağın birbaşa üstündə yerləşirdi.
– 201 nömrəli otaqda havalandırma sistemi yox idi.
– 15 noyabr 2025-də eyni oteldən 2 xarici vətəndaş da oxşar şikayətlərlə xəstəxanaya yerləşdirilib.
TƏDQİQAT ÜÇÜN NÜMUNƏLƏR GÖNDƏRİLİB
Otelin dərmanlanmasında istifadə edilən kimyəvi maddələr və qablar,
Çiğdem Böcek və Servet Böcekdən götürülən ilk qan nümunələri və mədə məzmunları,
Xəstəxanaya yerləşdirilən 2 xarici vətəndaşın qan nümunələri
İstanbul Baş Prokurorluğu tərəfindən Adli Tibb Qurumuna göndərilib.
Ekspertiza nəticələriI
– Uşaqlar Kadir Məhəmməd Böcek və Masal Böcek’in ölümünə səbəb ola biləcək travmatik izlər aşkarlanmayıb.
– Yalnız mədə divarında yerlərdə qanama və qızartılar müşahidə edilib.
– Ana Çiğdem Böcekdə də mədə divarında xırda xoralar və yayılmış qanama qeydə alınıb.
TAM HESABAT 28 NOYABRDA AÇIQLANACAQ
Ana və uşaqlardan götürülən patoloji, mikrobioloji və toksikoloji nümunələrin nəticələri ölüm səbəbini dəqiq göstərəcək.
Otelin dərmanlanmasında istifadə edilən kimyəvi maddələrin nümunələrinin İstanbul Baş Prokurorluğu tərəfindən istənildiyi və Adli Tibb Qurumunun Kimya İxtisas Şöbəsində araşdırılacağı bildirilib.
Tam laboratoriya nəticələrinin 28 noyabr 2025-də açıqlanacağı qeyd olunub.
Ulusum.az / R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 15:30
Trüfel – Acı Şokolad və Portağal
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Portağallı Acı Şokoladlı Trüfellər
