Böcek ailəsinin ölümü ilə bağlı Adli Tibb Qurumunun ilkin rəyi açıqlanıb
İstanbulun Fatih rayonunda Almaniyadan gəlmiş dörd nəfərlik Böcek ailəsinin zəhərlənmə nəticəsində həyatını itirməsi ilə bağlı Adli Tibb Qurumunun ilk ekspert rəyi ictimaiyyətə təqdim olunub.
İlkin hesabatda bildirilir ki, ailənin ölümünə səbəb kimi kimyəvi maddə ilə zəhərlənmə ehtimalı əsas versiya kimi qiymətləndirilir. Qida zəhərlənməsi ehtimalı isə daha aşağı göstərilib.
Araşdırmalar zamanı məlum olub ki, ailənin qaldığı 201 nömrəli otel otağında havalandırma sistemi olmayıb və həmin otağın bir mərtəbə altında yerləşən 101 nömrəli otaq zərərvericilərə qarşı dərmanlanmış olub.
Hadisə ilə bağlı faktlar:
- Servet və Çiğdem Böcek cütlüyü, 6 yaşlı Kadir və 3 yaşlı Masal ilə birlikdə təxminən bir həftə əvvəl Almaniyadan İstanbula gəlmişdi.
- 12 noyabr səhəri ailədə ürəkbulanma və qusma şikayətləri yaranıb və xəstəxanaya müraciət olunub.
- İlkin yardım edildikdən sonra ailə otelə qayıdıb, lakin 13 noyabr gecəsi vəziyyətləri pisləşib və onlar təcili yardımla xəstəxanaya aparılıb.
Tibbi müdaxilələrə baxmayaraq, əvvəlcə uşaqlar, daha sonra isə ana həyatını itirib.
İstintaq çərçivəsində görülən tədbirlər:
- Hadisə ilə bağlı kafe sahibi, midyə satıcısı, kokoreççi, lokum satıcısı, otel əməkdaşları və dərmanlama şirkətinin işçiləri daxil olmaqla 11 nəfər saxlanılıb. Onlardan dördü – kafe sahibi, midyə satıcısı, kokoreççi və lokum satıcısı – məhkəmənin qərarı ilə həbs edilib.
Adli Tibb Qurumunun ekspertizasından ayrıntılar:
- Hadisədən sonra ailədən götürülən qan nümunələri, mədə məzmunu və digər materiallar analiz üçün Adli Tibb Qurumuna təqdim olunub.
- Aparılan otopsiyada uşaqlarda həyatla ziddiyyət təşkil edən travmatik izlər aşkarlanmayıb, yalnız mədə divarında qanama və qızartılar müşahidə olunub.
- Oteldə istifadə edilən kimyəvi maddələrin nümunələri də araşdırma üçün tələb edilib.
Növbəti mərhələ:
- Adli Tibb Qurumunun patoloji, mikrobioloji və toksikoloji analizlərinin nəticəsinə əsaslanan tam yekun hesabatın 28 noyabr 2025-ci ildə açıqlanacağı gözlənilir.
Ulusum.az / R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Portağallı Acı Şokoladlı Trüfellər
