Kvadratlar ərazisində kanalizasiya boruları hara yoxa çıxdı?
Kvadratlar ərazisində kanalizasiya boruları hara yoxa çıxdı?– Sakinlər ciddi suallar qaldırır
Xətai rayonu, “Kvadratlar” adlanan ərazi ilə bağlı sakinlərin narazılığı artır.
Ulusum.az-a daxil olan müraciətlərdə deyilir ki, ərazidə aparılan həyət abadlaşdırılması zamanı kanalizasiya boruları gətirilsə də, yenilənmə prosesi həyata keçirilməyib.
Sakinlərin iddiasına görə, borular naməlum şəxslər tərəfindən maşınlara yüklənərək aparılıb.
“Leyla Əliyevanın göstərişi ilə təmir yüksək səviyyədə aparıldı, amma...”
Sakinlər bildirirlər ki, bir müddət əvvəl Leyla Əliyevanın təşəbbüsü ilə ərazidə genişmiqyaslı abadlıq işləri görülüb. Həyətlər yenilənib, məhəllənin ümumi görünüşü yaxşılaşıb.
Lakin problem bununla bitməyib:
Kanalizasiya xətti yenilənməli olduğu halda, gətirilmiş borular həyətdə qısa müddət qaldıqdan sonra kimlərsə tərəfindən aparılıb.
Sakinlər sual edir:
Borular hara aparıldı?
Niyə yenilənmə işi yarımçıq qoyuldu?
Bu boruları kim və hansı məqsədlə götürdü?
Onların fikrincə, boruların satıldığı və başqa yerlərdə istifadə olunduğu ehtimalı çox böyükdür.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
Ağstafa RİH başçısı Seymur Orucov tanınmış şair Qurban Həmid oğlu ilə görüşüb
