Əlişah qalasında XII-XIV əsrə aid olan tapıntılar aşkar olunub - FOTOLAR

Astara rayonunda, Əlişah qalasında aparılan tədqiqatlar zamanı yeni maddi – mədəniyyət nümunələri aşkar olunub.
Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişah qalasında arxeoloji tədqiqatlatlar iyul ayının 15-dən başlayıb. Tədqiqatlar zamanı qalada otaqlar, miniatur saxsı materiallardan hazırlanan kaşalar və 8 metr uzunluqda saxsı borudan hazırlanan kanalizasiya xətti aşkarlanıb. Bu barədə ekspedisiyanın rəhrəbi, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev məlumat verib. Onun sözlərinə görə aşkar olunan maddi-mədəniyyət nümunələri əsasən XII-XIV əsrləri əhatə edir. ”Həmin kaşıların qalada aşkar olunması, burada memarlıq üslubunda olan çox möhtəşəm bir binanın olmasının göstəricisidir. Burada 8 metr uzunluqda saxsı borudan hazırlanmış kanalizasiya xətti aşkar olunub, bu da o deməkdir ki, biz qazıntının fundamentinə gəlib çatmışıq. Fundamentin ərazisində, bunu ona görə qeyd edirik ki, döşəmə qatlarının hər bir tikinti qalıqlarının otaqların daxilində aşkar olunmaqdadır.Bu qalanın özəlliyi ondan ibarətdir ki, bura bir fenomen qaladır və el arasında buna Divəkə qalası, divlər evi adlandırırlar.
Ekspedisiyanın üzvü Ülkər Camalova bildirir ki, qalada daha çox fayans tipli keramika nümunələri üstünlük təşkil edir. “Kaşı nümunələri XII əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər məhz füruzəyi rəngdə üstünlük təşkil edirdi. XIII əsrin ortalarından XIV əsrin əvvəllərinə qədər artıq bu rəng çalarları genişlənməyə başladı. Tünd göy, mavi, qara rəngli, ağ rəngli həmçinin şirli daha çox nümunələrinə rast gəlinir. Azərbaycanda çaşının ən gözəl nümunələri XIII əsrdən başlayıb. Bu hardasa cənubi Azərbaycanda hal-hazırda yerləşən Marağa şəhərində Qırmızı Gümbəz adlanan abidədə rast gəlindi. Daha sonra Təbrizdəki Göy Məscidi göstərə bilərik ki, burda kaşılardan geniş istifadə olunurdu. Daha sonra Pirhüseyn Xanəgahını, Bərdə Türbəsini göstərə bilərik. Naxçıvanda Möminəxatun Türbəsi məhz kaşılardan üzəri dekarativ estekik görünüşünü bəzəyən kaşılardan istifadə olunmuşdur. Hal-hazırda gördüyünüz bu müxtəlif rəngli kaşılar Özbəkistanda 1334-1434-cü illərə aid olan keramika nümunəsi ilə oxşarlıq təşkil edir”.
Qeyd edək ki, Alaşa kəndi ərazisində, 70 metr hündürlükdə yerləşən müdafiə istehkamı Əlişa qalası, İran İslam Respublikası ilə həmsərhəddir. Qaladan həmçinin Xəzər dənizi açıq müşahidə olunur. Bu da o deməkdir ki, ərazi müşahidə qalası kimi düzgün strateji mövqedə seçilmişdir.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 18:00
Övladlığagötürmə ilə bağlı yenilik - FƏRMAN
Cəmiyyət
Bu gün, 17:00
"Mühasibat uçotu haqqında" Qanuna dəyişiklik edildi
Cəmiyyət
Bu gün, 16:00
Həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət
Cəmiyyət
Bu gün, 15:33
Avtobus və metroda yenilik – Diqqət!
İqtisadiyyat
Bu gün, 13:00
Trampın tarif siyasəti dolları taxtdan sala bilər - İqtisadçılardan Xəbərdarlıq
Dünya
Bu gün, 12:00
Trampdan ultimatum: Ukrayna yardımı kəsilə bilər!
Gündəm
Bu gün, 11:30
Milli Müdafiə Universitetində daha bir yenilik!
Sağlamlıq
Bu gün, 11:30
Gözəllik üçün hormonları necə tarazlayaq?
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!
Yaxşılıqla Gözəlləşən Dünya: Yunus Əmrənin İşığında Jalə Cəfərovanın Söz Yolu