Arıqlama Preparatları Gənclərin Həyatını Təhlükəyə Atır – Dietoloqlar Xəbərdarlıq Edir
Son illər arıqlama preparatlarına görə çox sayda insanın həyatı təhlükəyə düşür və bu sahə sosial şəbəkələrdə qara biznesə çevrilib
Son illər arıqlama preparatlarına görə çoxlu sayda insanın həyatı təhlükə altına düşür və bu sahə sosial şəbəkələrdə sürətlə böyüyən qara biznesə çevrilib
Həkim-dietoloq Ləman Süleymanovanın sözlərinə görə, tibbi bilikləri olmayan şəxslər sosial mediada saxta profillərlə özlərini “dietoloq” kimi təqdim edir, istifadəçiləri aldadaraq arıqladıcı məhsulların satışını həyata keçirirlər.
Belə şəxslər yalançı “diet marafonları” təşkil edir və həmin marafonların müəyyən mərhələlərində müxtəlif həblər, çaylar və kokteyllər satışa çıxarırlar.
Mütəxəssis bildirir ki, bu preparatların tərkibində narkotik təsirli və karsinogen maddələr olur. Bu maddələr qaraciyərə, mədəaltı vəzə, hormon sisteminə ciddi ziyan vurur, həm qadınlarda, həm də kişilərdə sonsuzluğa səbəb ola bilir.
Dietoloqun sözlərinə görə, bu kimi vasitələr xüsusilə gənclər üçün ölümcül nəticələr doğura bilir və buna dair real faciələr yaşanıb.
Sonda Ləman Süleymanova qeyd edir ki, arıqladıcı dərman və kokteyllərin satışının tam şəkildə qadağan edilməsi və bu sahədə ciddi nəzarət mexanizmlərinin tətbiqi həyati əhəmiyyət daşıyır.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi
Qaradağda dəhşətli yanğın: 4 nəfər həyatını itirdi - 4 nəfər öldü VİDEO
Ağstafa RİH başçısı Seymur Orucov tanınmış şair Qurban Həmid oğlu ilə görüşüb
