Rənglərin qardaşlığı: Özbəkistanda sərgi
Rənglərin Qardaşlığı: Daşkənddə Türk Dünyası Rəssamlarının Möhtəşəm Sərgisi
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan rəssamlarını bir araya gətirən “Rənglərin qardaşlığı” adlı bənzərsiz sərgi keçirilib.
Bu tədbir Türk dövlətləri arasında mədəni əməkdaşlıq və sənət dialoqunu gücləndirmək məqsədi daşıyır.

Sərgi “5 barmaq — bir ruh” ideyasına əsaslanaraq ortaq tariximizi, mədəni dəyərlərimizi və ruhani birliyimizi bədii dillə ifadə edir. Rəssamlar əsərlərində hər bir xalqın özünəməxsus ruhunu, coğrafiyasını və həyat tərzini rənglərin, xətlərin və formaların dili ilə canlandırıblar.

Bu bədii mənzərələr vasitəsilə ziyarətçilər dostluq, sülh və qarşılıqlı hörmət mesajlarını hiss edir, rəsm əsərlərində sənətin birləşdirici gücünü dərk edirlər.

Tədbirin media dəstəyini Ulusum.az və Magamedia göstərib. Onların informasiya dəstəyi sərginin daha geniş kütləyə çatmasında mühüm rol oynayıb.

R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO
Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi
Ağstafada tanınmış rəssam Nəvai Mətinin 60 illik yubileyi böyük təntənə ilə keçirildi
Universitetdə tələbə müəllimə bıçaqla hücum etdi – cinayət işi açıldı VİDEO
“Könül dəftərim” – səssiz qalan sənətə səs verən sənədli film layihəsi
"Sevginin vətəni yoxdur" tamaşası teatrsevərlərlə görüşdü
