"Rənglərin Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisi keçiriləcək
21 oktyabr 2025-ci il tarixində Daşkənddə yerləşən “Toshkent Fotosuratlar Uyi” sərgi salonunda “Rənglərin Qardaşlığı” adlı beynəlxalq rəsm sərgisi keçiriləcək.
Sərgi tanınmış rəssam Nəvai İbrahimovun rəhbərliyi və Ulusum.az platformasının media dəstəyi ilə baş tutacaq. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistandan olan rəssamların plener zamanı ərsəyə gətirdikləri əsərlər nümayiş olunacaq.
Sərginin əsas məqsədi qardaş xalqlar arasında mədəni əlaqələri gücləndirmək və sənətin birləşdirici gücünü ön plana çəkməkdir.
“Dünyanı Sənət Qurtaracaq” devizi ilə keçirilən bu tədbir sənətsevərləri bir araya gətirəcək.
ANONS:
🎨 *“Rənglərin Qardaşlığı” Rəsm Sərgisi*
📍 Məkan: Toshkent Fotosuratlar Uyi
📅 Tarix və Saat: 21 oktyabr 2025, saat 12:00
🎤 Deviz: “Dünyanı Sənət Qurtaracaq”
📢 Media dəstəyi: Ulusum.az
Qardaş ölkələrin rəssamlarını bir araya gətirən bu unikal sənət hadisəsində sizi də gözləyirik!
R.Daşdəmirova
"MagaMedia"MMC
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO
Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi
Ağstafada tanınmış rəssam Nəvai Mətinin 60 illik yubileyi böyük təntənə ilə keçirildi
Universitetdə tələbə müəllimə bıçaqla hücum etdi – cinayət işi açıldı VİDEO
“Könül dəftərim” – səssiz qalan sənətə səs verən sənədli film layihəsi
"Sevginin vətəni yoxdur" tamaşası teatrsevərlərlə görüşdü
