Kişilərdə Sonsuzluq Riski Artır
Telefon cibdə, noutbuk dizdə, stress həyat tərzi – kişilərdə sonsuzluq riski artır
Ulusum.az xəbər verir ki, bu barədə androloq, tibb elmləri namizədi Yelena Novikova məlumat verib. Mütəxəssis bildirir ki, telefonların cibdə, noutbukların diz üstündə uzun müddət saxlanması, avtomobil oturacaq isidicilərindən tez-tez istifadə, saunaya mütəmadi getmək və daimi stress kişilərdə hormon balansını pozur və sperma istehsalını zəiflədir.
O, həmçinin qeyd edir ki, artıq çəki də reproduktiv sağlamlığa mənfi təsir edir: “Qarın çevrəsinin cəmi 5 sm artması spermatozoid sayını 6%-dən çox azaldır, ata olmaq ehtimalını isə təxminən 9% aşağı salır”.
Novikova əlavə edib ki, bəzi dərman preparatları, idman əlavələri, xüsusilə də testosteron tərkibli preparatlar sperma istehsalını tamamilə dayandıra bilər.
Statistikaya görə, kişilərdə reproduktiv göstəricilər son onilliklərdə ciddi şəkildə aşağı düşüb. Əvvəllər norma sayılan 40 milyon spermatozoid 13 milyona enib, sağlam spermatozoidlərin faizi isə 50-dən 4-ə qədər azalıb.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
Honkonqun Tay Po rayonunda yanğın VİDEO
