“Facebook” və “Instagram”da reklamlardan bezənlərə yeni xidmət
“Meta” şirkəti Böyük Britaniyada “Facebook” və “Instagram” istifadəçilərinə reklamsız abunə xidməti təklif edəcək. Yeni xidmətin yaxın həftələrdə istifadəyə verilməsi planlaşdırılır.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, abunə haqqı veb versiya üçün aylıq 2,99 funt sterlinq, mobil tətbiqlər vasitəsilə qoşulma halında isə 3,99 funt sterlinq təşkil edəcək.
İstifadəçilər iki variant arasında seçim edə biləcəklər: ya tətbiqlərdən əvvəlki kimi pulsuz istifadə etməklə reklamları izləməyə davam etmək, ya da ödənişli abunəlik vasitəsilə reklamlardan azad olmaq.
“Meta” şirkəti bildirib ki, ödənişli abunə xidmətindən istifadə edənlərin şəxsi məlumatları reklam məqsədləri üçün istifadə olunmayacaq.
Yeni sistem bütün 18 yaşdan yuxarı istifadəçiləri əhatə edəcək və şirkət hər bir istifadəçiyə bu seçimlə bağlı ayrıca bildiriş göndərəcəyini açıqlayıb.
Bu addım “Meta”nın son illərdə onlayn məxfilik və şəxsi məlumatların istifadəsi ilə bağlı yaşadığı hüquqi çəkişmələr fonunda atılıb.
Reklamsız abunəlik, şirkətin istifadəçi məxfiliyinə dair yeni yanaşmasının bir hissəsi kimi qiymətləndirilir.
R.Daşdəmirova
Ulusum.az
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
Dünən, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
Dünən, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
Dünən, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
