Apple və Meta Avropada sərt cərimələrlə üzləşdi

Avropa Komissiyası “Rəqəmsal Bazarlar Qanunu”nun (DMA) tələblərini pozduğuna görə Apple və Meta şirkətlərinə ümumilikdə 700 milyon avro cərimə tətbiq edib. Bu barədə Avropa Komissiyasının bəyanatında qeyd olunub.
Apple 500 milyon avro, Meta isə 200 milyon avro cərimələnib.
DMA qanununa əsasən, App Store vasitəsilə məhsullarını yayımlayan tətbiq tərtibatçıları istifadəçiləri alternativ təkliflər barədə pulsuz məlumatlandırmaq, onları bu təkliflərə yönləndirmək və Apple ekosistemindən kənar alış-veriş imkanları təqdim etmək hüququna malikdirlər.
Avropa Komissiyasının məlumatına görə, Apple tərtibatçılar və istifadəçilərin alternativ satış kanallarının və daha sərfəli təkliflərin üstünlüklərindən tam istifadə etməsinə mane olan məhdudiyyətlər tətbiq edir. Apple bu məhdudiyyətlərin obyektiv zəruri və proporsional olduğunu sübut edə bilməyib.
Bu səbəbdən Komissiya Apple-a bu texniki və kommersiya məhdudiyyətlərini aradan qaldırmağı, istifadəçiləri sərbəst məlumatlandırmağa imkan verən mexanizmlərin həyata keçirilməsinə mane olmamağı və gələcəkdə bu cür hərəkətlərdən çəkinməyi tapşırıb.
Metaya gəlincə, DMA qanunu böyük onlayn platformalardan istifadəçilərin müxtəlif xidmətlərdən toplanmış şəxsi məlumatların birləşdirilməsinə razılıq verməsini tələb edir. Əgər istifadəçi razı deyilsə, ona daha az şəxsi məlumat toplayan, lakin eyni funksionallığı təmin edən alternativ xidmət versiyası təklif olunmalıdır.
Lakin 2023-cü ilin noyabrında Meta “Razı ol və ya ödə” modelini tətbiq edib – bu modelə görə istifadəçi ya fərdiləşdirilmiş reklamları qəbul etməli, ya da reklamsız versiya üçün aylıq abunə haqqı ödəməli idi.
Avropa Komissiyası hesab edib ki, bu model DMA-nın tələblərinə uyğun deyil, çünki istifadəçiyə real seçim imkanı təqdim olunmurdu.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!