Pomidor niyə hələ də UCUZLAŞMIR? - EKSKLÜZİV
Pomidorun qiyməti niyə düşmür?
Hazırda bazarlarda 1 kiloqram pomidorun qiyməti 2.80 - 4.70 manat arasında dəyişir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30-35% bahadır.
Artıq may ayıdır, yaz fəslinin sonuncu ayı... Amma bir çox tərəvəzlər, eləcə də pomidor mövsümə uyğun qiymətə təklif olunmur. Sual yaranır, yerli məhsulu bu qədər qiymətli edən nədir? Yaya az qalır, amma hələ də pomidoru nübar etməyənlər var... Ulusum.az bununla bağlı bazarda araşdırma aparıb.
Satıcılar bahalaşmanı onunla izah edirlər ki, özləri istehsalçılardan baha qiymətə alırlar. Onlar deyirlər ki, maya qiymətinin üzərinə cəmi 20-30 qəpik qoyub satırlar.
Bu vəziyyətin onlara da xeyir etmədiyini bildirən satıcıların sözlərinə əsasən, təklif olunan qiymət müştəriləri bazarlardan uzaqlaşdırır:
"Pomidoru baha qiymətə almağa hər kəsin gücü çatmır, bu da satışımızı birbaşa zəiflədən səbəbdir".
Alıcılar isə sevimli tərəvəz olan pomidordan doyunca dadmaq üçün may ayının axırlarını gözləyir. Ehitmal edilir ki, gələn aydan isə qiymətin kəskin dərəcədə aşağı düşəcək.
Qeyd edək ki, hazırda ölkə ərazisində pomidor qıtlığı yoxdur, vətəndaşları yetəri qədər təmin edəcək qədər məhsul ehtiyatı var. Hətta qiymətin baha olması tonlarla pomidorun xarab olmasına gətirib çıxarır.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
3-05-2024, 21:10
İnsanların qida rasionunda üstünlük təşkil edən "fast food”un (ayaqüstü qidalar) qiyməti artır. Bahalaşmaya səbəb
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO