Dönər BAHALAŞDI? Süni qiymət artımı - EKSKLÜZİV
İnsanların qida rasionunda üstünlük təşkil edən "fast food”un (ayaqüstü qidalar) qiyməti artır. Bahalaşmaya səbəb istehlak bazarında məhsulların qiymətinin artmasıdır.
Xüsusən dönərin bahalaşması ilə bağlı narazılıqların olduğunu bildirən sahibkarlar bu qida məhsullarının qiymətinin toyuq və mal ətinin qiymətindən asılı olduğunu bildirirlər. Lakin son aylar qiymətlərin süni şəkildə bahalaşması açıq-aşkar görünür. Ulusum.az xəbər verir ki, mütəxəssislər son günlər qiymət artımlarını süni şəkildə olduğunu bildirirlər.
15 ildir dönərçi işləyən Elman Zamanov deyir ki, bəzi işbazlar dönəri bir naharın qiymətinə qədər qaldırmaq istəyirlər: “Mən də dönərçiyəm, istəyirəm satış daha çox olsun. Lakin süni qiymət artımı müştərilərin sayını azaldır. Bu gün mərkəzdə olmayan metroların yaxınlığında dönər niyə 3 manat olsun? Kim sübut edə bilər ki, o dönərin içində olan ət o qiymətin haqqını verir. İşbazlar sadəcə çox pul qazanmaq istəyir, lakin süni qiymət artımı müştərilərin sayını azaltmaqan başqa bir şey deyil. 3 manata dönər yeməkdənsə 4 mənata isti yemək daha məqsədəuyğun olar. Düşünürəm ki, dönər sferasına nəzarət etmək lazımdır. İllərini bu işə həsr edənlər, kimlərsə 5-10 manat qazanacaq deyə müştəriləri qaçırmaq olmaz”.
Dönərlərin qiyməti ət və toyuq, eyni zamanda dönərxanaların üslubuna görə dəyişir. Hazırda ən ucuz dönər 1.50 manat, ortalama isə 2-2.50 manat arası dəyişir. Bəzi yerlərdə isə dönərin qiyməti 3-3.50 manat arasıdır.
Sakinlər isə hesab edirlər ki, dönərin qiyməti maksimum 2 manat olmalıdır. Çünki 3 manata alınan dönərdənsə isti yemək almaq daha sərfəlidir.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO