Molla Nəsrəddin haqda film çəkiləcək
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü il oktyabrın 14-də Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında TÜRKSOY ölkələrinin dəstəyi ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin (quruluşçu rejissor Xalq artisti Vaqif Mustafayev) birgə istehsalı qərara alınıb.
Nazirlikdən ULUSUM.az-a verilən xəbərə görə, filmin çəkilişlərinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan ərazisində aparılması və hər bir ölkədə həyata keçiriləcək çəkilişləri həmin ölkənin maliyyələşdirməsi ilə bağlı razılığa gəlinib.
Eyni zamanda, 2024-cü ilin yanvar ayında "Molla Nəsrəddin. Çətin günlərimin dostu" filminin istehsalına hazırlıqla bağlı Bakıda TÜRKSOY ölkələrinin əlaqədar qurumlarının nümayəndələrinin koordinasiya toplantısı keçirilib və filmin istehsalı ilə bağlı müzakirələr aparılaraq razılaşmalar əldə edilib.
Filmin türk dövlətləri kinematoqrafçılarının iştirakı ilə həyata keçiriləcək istehsalına Azərbaycan tərəfdən məsul qurum olan "Nasreddin Production" şirkəti tərəfindən istehsalın ilkin hazırlıq işləri görülüb, çəkilişlər aparılacaq türk dövlətlərində məkanların seçilməsi, yaradıcı heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması və s. istiqamətlərdə bir çox işlər həyata keçirilib.
Türk dövlətləri arasında ortaq mədəni dəyərlərə söykənən “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin istehsalı ilə əlaqədar hazırda layihədə iştirak edən ölkələrlə əlaqələndirilmiş şəkildə işlər davam etdirilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi