BAKI daha bir beynəlxalq festivala ev sahibliyi edəcək
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalında Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti də iştirak edir.
ULUSUM.az saytının xəbərinə görə, Ankarada start verilən festival İstanbulda davam edib, Bakıda başa çatacaq.
Ankaradakı Yunus Əmrə Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Kukla Teatrının artistləri “Məlikməmməd” tamaşasını nümayiş etdiriblər. Tamaşa aprelin 28-də İstanbulda da göstəriləcək.
Beynəlxalq festival aprelin 30-da və mayın 1-də isə Bakıda keçiriləcək.
Festivalda Türkiyə, Azərbaycan, Almaniya və İtaliyadan teatr kollektivləri iştirak edir.
Tədbirə UNESCO, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), TRT telekanalı, digər qurumlar təşkilati dəstək göstərirlər.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
21-04-2024, 08:30
ULUSUM.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
