HAMAS-ın İsraildən tələbi
“Ulusum”.az-ın məlumatina görə, AP xəbər verir ki, HAMAS Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 600-ə yaxın fələstinli məhbusun azad edilməsini gecikdirdiyinə görə İsraili tənqid edib.
HAMAS-ın siyasi bürosunun sözçüsü Basem Naim verdiyi yazılı açıqlamada qrupun "müqavilənin bütün müddəalarına tam əməl etdiyini" və İsrailin hərəkətlərinin "müqavilənin dağılması və potensial olaraq müharibənin yenidən başlaması riski" olduğunu bildirib.
O, İsrailin 600 fələstinlini azad etməsinə qədər sazişin ikinci mərhələsi üzrə danışıqların mümkün olmadığını deyib.
Agentlik xatırladır ki, razılaşmanın bir hissəsi olaraq İsrail HAMAS-ın azad etdiyi girovlar müqabilində ötən həftə sonu həbsdə olan təxminən 600 fələstinlini azad etməli idi.
Razılaşmanın birinci mərhələsi şənbə günü başa çatır və ikinci mərhələ üzrə danışıqlar iki həftə əvvəl başlamalı idi, lakin hələ başlamayıb.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO