Nadir tısbağaların qaçaqmalçılığı dayandırılıb
Türkiyədə nadir tısbağaların böyük partiyasının qaçaqmalçılıqla ölkəyə daxil edilməsi cəhdi dayandırılıb. "Sarp" sərhəd-keçid məntəqəsində gömrükçülər Gürcüstandan qanunsuz gətirilən 910 tısbağanı aşkarlayıblar, "Ulusum".az xəbər verir.
İnspektorların diqqətini avtomobil cəlb edib, rentgen müayinəsindən keçdikdən sonra içində böyük bir partiya canlı sürünənlər gizlədildiyi məlum olub.
Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, tısbağaların bazar dəyəri 18 milyon dollardan çox qiymətləndirilir. Bu, son illərdə regionda sürünənlərin qaçaqmalçılığı ilə bağlı ən böyük cəhd olub.
Hopa vilayətinin prokurorluğu tısbağaların qanunsuz gətirilməsində iştirak edən şəxsləri və onların hərəkət marşrutlarını müəyyənləşdirmək üçün istintaq başlatıb. Hazırda müsadirə edilən heyvanlar mütəxəssislərin nəzarəti altındadır və onların gələcək taleyi – təbii mühitlərinə qaytarılması və ya ixtisaslaşmış mərkəzlərə verilməsi məsələsi həll olunur.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi