Yunanıstan əhalisi güclü zəlzələdən ehtiyat edərək adanı tərk edirlər
Yüzlərlə insan bazar ertəsi günü Yunanıstanın Santorini adasını tərk edir.
“Ulusum”.az euronews-a istinadən xəbər verir ki, seysmik aktivlik güclü zəlzələ və vulkan püskürməsi ehtimalı ilə bağlı narahatlıqlara səbəb olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, bazar ertəsi səhər Santorini adasında Rixter şkalası ilə 4 baldan güclü altı təkan, Amorgos adasında isə 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Hakimiyyət orqanları hər iki adada, o cümlədən qayalara yaxın yerləşən köhnə liman da daxil olmaqla, bəzi sahil bölgələrinə girişə qadağa qoyub.
Zəlzələ Planlaşdırma və Müdafiə Təşkilatının rəhbəri Eftimios Lekkas:
"Seysmik aktivlik yaxın günlərdə dayanmayacaq. Bu proses olduqca mürəkkəb inkişaf mərhələsində olduğu üçün bir neçə gün, hətta bir neçə həftə davam edə bilər."
Bazar günü gecədən bazar ertəsi səhərədək davam edən zəlzələlərin tezliyi yerli əhali arasında ciddi narahatlıq yaradıb.
Ehtiyat tədbiri olaraq yerli hakimiyyət məktəblərin bağlanmasına göstəriş verib və adaya təcili yardım briqadaları göndərilib. Egey dənizindəki bir neçə yaxın adada da təhlükəsizlik tədbirləri görülüb.
Aypara formasına malik olan Santorini bölgənin əsas turizm məkanı hesab edilir. Buraya hər gün kommersiya reysləri, bərələr və kruiz gəmiləri gəlir. Adanın qar-bəyaz evləri və mavi günbəzli kilsələri hər il üç milyondan çox turisti cəlb edir.

Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər