Şotlandiya ev pişikləri üçün komendant saatı tətbiqini müzakirə edir
Şotlandiya hökuməti, pişik sahibləri üçün yeni məhdudiyyətlərin tətbiqini müzakirə edir, bunlara sərbəst gəzintinin qadağan edilməsi, komendant saatının tətbiqi və zəncirlərlə gəzdirmə tələbi daxildir. “Ulusum”.az-ın məlumatina görə, bu barədə Daily Record xəbər verir.
Bu tədbirlər, Şotlandiya Heyvanların Qorunması Komissiyasının (SAWC) hazırladığı hesabatda təklif olunub və ev pişiklərinin quşlar və digər vəhşi heyvanların populyasiyalarına mənfi təsirini azaltmağı hədəfləyir.
Hesabata görə, Şotlandiyada təxminən 800.000 ev pişiyi var və bu pişiklər hər il milyonlarla quş, məməli, sürünən və amfibiyanı məhv edir.
Bundan əlavə, komissiya, ev pişiklərinin çip salınması və kastrasiyasının tətbiqinin sürətləndirilməsini tövsiyə edir.
Lakin Cats Protection xeyriyyə təşkilatı bu təklifləri tənqid edib, ev pişiklərinin daxildə saxlanmasının onların rifahına mənfi təsir göstərə biləcəyini bildirib. Təşkilatın nümayəndəsi Elis Palombo, pişiklərin təbii davranışlarını, məsələn, dırmaşma və ovçuluğu nümayiş etdirmək üçün azadlığa ehtiyacı olduğunu vurğulayıb. O, həmçinin zəncirlərin heyvanlarda stress yaratdığını qeyd edib.
"Şotlandiya pişik sevənlər ölkəsidir. Pişiklər insanlara, xüsusilə yaşlılara və tək yaşayanlara böyük fayda gətirir, həmçinin uşaqlara məsuliyyət öyrədir," deyə Palombo bildirib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi