İran XİN: ABŞ-la birbaşa danışıqlar üçün əsas yoxdur
İran İslam Respublikası ABŞ prezidenti Donald Trampla birbaşa danışıqlar üçün əsas görmür.
“Ulusum”.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Al Jazeera telekanalına açıqlamasında bildirib.
"Bu baş verməsi üçün bir səbəb lazımdır. Hazırda bunun üçün heç bir əsas görmürəm. Ancaq, əlbəttə ki, onların hansı siyasət yürüdəcəyini və dialoq üçün əsas yaranıb-yaranmayacağını izləməliyik", – deyə Araqçi bildirib.
O əlavə edib ki, keçmişdə İranın ABŞ ilə birbaşa təmasları olub və bu, nüvə sazişinin bağlanmasına imkan yaradıb. Lakin məhz Tramp bu razılaşmanı pozub. Bununla belə, Araqçi qeyd edib ki, dialoqun bərpası üçün Vaşinqton İranın dondurulmuş aktivlərini açmaq addımını ata bilərdi – bu, İran və ABŞ arasında etimadın bərpası üçün ilk addım olardı.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi