Türkiyədə otel yanğını ilə bağlı yüksək vəzifəli şəxslər saxlanılıb
Türkiyənin Bolu şəhərindəki Grand Kartal otelində baş verən yanğınla bağlı istintaq çərçivəsində şəhər merinin müavini və Bolu Yanğınsöndürmə Xidmətinin müavini də daxil olmaqla, ümumilikdə 11 nəfər saxlanılıb.
“Ulusum”.az-ın məlumatina görə, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç X sosial şəbəkəsində məlumat verib.
Nazir bildirib ki, saxlanılanlar arasında Bolu merinin müavini, yanğınsöndürmə xidmətinin müavini, otelin sahibi, şirkətin baş direktoru və otel direktoru da var.
21 yanvar gecəsi Bolu vilayətinin Kartalkaya xizək kurortunda yerləşən Grand Kartal otelində güclü yanğın baş verib. Otelin dağlıq ərazidə yerləşməsi yanğının söndürülməsini çətinləşdirib. İddialara görə, yanğın siqnalizasiya sistemi işə düşməyib və sakinlər alovun başlandığından xəbərsiz olublar. Daha sonra oteldə olanların binadan çıxışı mümkün olmayıb.
Son məlumata əsasən, yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi