Türkiyədə 2017-ci ildə gecə klubuna hücum etmiş terrorçuya ömürlük həbs cəzası verilib
Türkiyə Ali Məhkəməsi 2017-ci ildə İstanbulda "Reina" gecə klubunda törədilən terror aktına görə Özbəkistan əsilli Abdulgadir Maşaripovun aldığı 40 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasını təsdiqləyib.
“Ulusum”.az-ın məlumatina görə, bu barədə CNN Türk xəbər verib.
Məhkəmə məhkumun vəkillərinin şikayətini araşdırıb və hökmün qanun normalarına zidd olmadığını qərara alıb.
2020-ci ildə Maşaripov 39 nəfərin qəsdən öldürülməsi, 79 nəfərin öldürülməsinə cəhd və digər cinayətlərdə təqsirli bilinərək, ağırlaşdırılmış 40 dəfə ömürlük həbs cəzasına və hər maddə üzrə 1 368 il həbs cəzasına məhkum edilmişdi.
Hadisə 1 yanvar 2017-ci ildə İstanbulun Ortaköy rayonunda yerləşən "Reina" gecə klubunda baş verib. Terrorçu klubun girişində bir polisi öldürdükdən sonra avtomatla izdihama atəş açıb. Yeni il qeyd edən 700-800 nəfərdən bir neçə nəfər Bosfora tullanaraq canını qurtarmağa çalışıb. Hücuma görə məsuliyyəti "İslam Dövləti" qruplaşması öz üzərinə götürüb.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Hava haqqında xəbərdarlıq
2026 — Qürur, Birlik və Zəfər İli
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN