Pentaqon, Ostinin gizli xəstəxanaya yerləşdirilməsi ilə bağlı təfərrüatları açıqlayıb
ABŞ müdafiə naziri Lloyd Ostin 2024-cü ildə gizli xəstəxanaya yerləşdirildiyi vaxt koqnitiv funksiyalara təsir edən dərmanlar qəbul edib. Bu barədə Reuters, Pentaqonun araşdırmasına istinadən məlumat yayıb. 2 yanvar 2024-cü ildə Ostinin səlahiyyətləri onun müavini Ketrin Hiksə təhvil verilib.
Pentaqonun müstəqil inspektoru qeyd edib ki, "2 yanvar səhəri nazir Ostin, koqnitiv funksiyalara təsir edə biləcək bir neçə fərqli dərman qəbul edib." Ostin 1 yanvar 2024-cü ildə planlı tibbi prosedurdan sonra yaranan fəsadlarla əlaqədar xəstəxanaya yerləşdirilib.
Pentaqonun mətbuat xidməti 5 yanvarda bu barədə məlumat verərək bildirib ki, Ostinin səhhəti yaxşılaşır və o, ertəsi gün işə qayıtmağı planlaşdırır. Lakin Politico nəşri yazıb ki, Pentaqon üç gün ərzində müdafiə nazirinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı Ağ Ev administrasiyasına məlumat verməyib.
9 yanvar tarixində Uolter Rid Milli Hərbi-Tibbi Mərkəzi Lloyd Ostinə prostat vəzi xərçəngi diaqnozu qoyulduğunu və bu səbəbdən əməliyyat keçirildiyini elan edib. Əməliyyatdan sonra yaranan fəsadlar səbəbindən nazirin yenidən xəstəxanaya yerləşdirilməsi tələb olunub.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi