Yun Sok Yol könüllü olaraq ifadə verməyə gəldiyini açıqlayıb
Cənubi Koreya prezidenti Yun Sok Yel öz həbsini "qan tökülməsinin qarşısını almaq üçün könüllü olaraq ifadə verməyə gəlmək" kimi adlandırıb.
"Ulusum".az xəbər verir ki, o, özünə qarşı aparılan araşdırmaların qanuniliyini tanımadığını vurğulayıb. Əvvəlcə bildirildi ki, Cənubi Koreya Respublikasının müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmış prezidenti Yun Sok Yelin rezidensiyasına araşdırma üçün gələn müstəntiqlər, həbs qərarını yerinə yetirərkən onun təhlükəsizlik xidməti ilə qarşıdurma yaşayıblar.
Təxminən iki saat sonra, polis və Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasına dair İstintaq İdarəsinin (CIO) əməkdaşları xüsusi nərdivanlardan istifadə edərək rezidensiyaya daxil olublar. Onlar təhlükəsizlik maneələrini aşaraq, prezidentin avtomobillərlə və avtobuslarla əhatə edilmiş ərazisinə girməyə müvəffəq olublar.
Təhlükəsizlik xidməti isə həbs qərarının yerinə yetirilməsinə aktiv şəkildə mane olmamışdı. Müstəntiqlər rezidensiyaya daxil olduqda, prezidentin nümayəndələri ilə danışıqlar bir müddət davam edib. Yun Sok Yelin vəkili o vaxt prezidentin polis və CIO əməkdaşları arasında qarşıdurmalardan qaçmaq üçün könüllü şəkildə ifadə verməyə hazır olduğunu bildirib. Lakin idarə, könüllü ifadə verməyi nəzərə almadığını və həbs qərarını yerinə yetirəcəyini açıqlayıb.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi