Kaliforniyada meşə yanğınlarının vurduğu zərərin $250 - $275 milyard arasında olacağı bildirilib
Kaliforniyada cənub bölgələrində davam edən meşə yanğınlarının vurduğu zərərin $250 - $275 milyard arasında olacağı bildirilib. Bu barədə məlumatı ABŞ-ın "The Washington Post" nəşri yayıb və mənbə olaraq meteoroloji məlumatlar təqdim edən AccuWeather şirkətinə istinad edib.
İlk olaraq, AccuWeather şirkəti bu yanğınların iqtisadi itkilərinin $135 milyard - $150 milyard arasında olacağını proqnozlaşdırmışdı. Lakin yanğınların miqyası və ziyanların artması səbəbindən bu rəqəm ciddi şəkildə yüksəlib.
Kaliforniya tarixində ən böyük və ən dağıdıcı yanğınlardan biri olan bu hadisələr, Pasifik-Paliseyds və Altadina kimi bölgələrdə 12 mindən çox tikilinin yanmasına səbəb olub. Bu bölgələrdəki bəzi ən bahalı daşınmaz əmlaklar, xüsusilə Santa-Monika ilə Maliybu arasındakı ərazilərdə, orta qiyməti $2 milyon olan evlər də yanıb.
Baş meteoroloq Conatan Porter bu hadisələri Kaliforniya tarixindəki ən pis meşə yanğınları olaraq qiymətləndirib.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi