Yle: Finlandiya parlamentində, korporativdən sonra narkotiklərin izləri aşkar edilib
Finlandiya parlamentinin tualetlərində, o cümlədən, finli deputatların iştirak etdiyi Milad şənliyindən sonra narkotik maddələrin izləri tapılıb. Yle televiziya və radio şirkəti xəbər verir ki, Measurlabs laboratoriyasının əməliyyat direktoru Kalle Lagerblom, analizlərin araşdırma nəticələrinin kifayət qədər etibarlı hesab edilə biləcəyini qeyd edib.
"Nəticələri kifayət qədər etibarlı saymaq olar. İzlər çox kiçikdir, amma mütləq var", - deyə o bildirib.
Qeyd olunur ki, dekabr ayında parlament binasının beşinci mərtəbəsindəki kişi və qadın tualetlərindən nümunələr götürülüb və bu nümunələrdə kokain, amfetamin və ekstazi maddələrinin izləri aşkar edilib. Məhz bu mərtəbədə parlament fraksiyalarının şənlikləri keçirilib. Digər mərtəbələrdə götürülən nümunələrdə qadağan olunmuş maddələr aşkar olunmayıb. Bayram tədbirlərində deputatlarla yanaşı, parlament qruplarının əməkdaşları, nazir köməkçiləri və jurnalistlər də iştirak ediblər. Lagerblom əlavə edib ki, sübutlar danılmazdır - narkotiklərlə hər hansı əlaqəsi olan şəxslər bu tualetlərdən istifadə ediblər.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi